Ərdoğan: İran ətrafındakı vəziyyəti həll etmək üçün danışıqlar aparılmalıdır

20.06.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün danışıqların aparılması lazımdır.

Bizimyol.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Merzlə telefon danışığında deyib.

“Prezident Ərdoğan İranla nüvə mübahisəsinin həllinin yolunun danışıqlardan keçdiyini və İsrailin İrana hücumu ilə başlayan münaqişə prosesinin regional təhlükəsizliyə təhlükəni maksimum dərəcədə artırdığını bildirib. O, həmçinin qeyd edib ki, İsrailin hücumları nəticəsində yaranan zorakılıq spiralının nəticələri miqrasiya və nüvə sızması ehtimalı baxımından regiona və Avropaya zərər verə bilər”, - deyə Türkiyə liderinin administrasiyası dövət rəhbərlərinin telefon danışıqları barədə yaydığı məlumatda bildirib.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə İran-İsrail münaqişəsinə son qoymaq üçün səylərini davam etdirəcək.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью