Icma.az bildirir, Sherg.az portalına istinadən.
“Türkiyə İran və ABŞ arasındakı mübahisənin həllində vasitəçi kimi çıxış etməyə hazırdır və müvafiq əlaqələri davam etdirmək niyyətindədir”.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“İran və ABŞ arasında gərginliyin azaldılması və problemlərin həlli üçün vasitəçi kimi çıxış etməyə hazır olduğumuzu təsdiqləyirik və bu istiqamətdə təmaslarımızı davam etdirəcəyik. Həmçinin, bütün səviyyələrdə İrana qarşı istənilən hərbi əməliyyata qarşı olduğumuzu bildirmişik”, - o vurğulayıb.
Ərdoğan diplomatik səylərlə bağlı qeyd edib ki, Türkiyə öz hərəkətlərini regiondakı tərəfdaşları ilə əlaqələndirir:
“Səudiyyə Ərəbistanı və Pakistan da daxil olmaqla, dost ölkələrlə təmaslarımız davam edir. Bu məsələyə blok və ya müttəfiqlik düşüncəsi ilə yanaşmırıq”.