Ərdoğan İrandan danışıb: Sülh yönümlü diplomatiyamız davam edir

03.03.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ və İsrailin İrana qarşı müharibəsi artıq dördüncü gününə qədəm qoyub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, İranda 700-dən çox, İsraildə isə ən azı 9 nəfər ölüb, həlak olan amerikalı əsgərlərin sayı isə 6-ya çatıb.

Ərdoğan Türkiyənin Yaxın Şərq regionunda sülh yönümlü diplomatiyasının davam etdiyini vurğulayıb.

“Problemlərin danışıqlar masası arxasında dialoq və danışıqlar yolu ilə ədalətli həlli üçün böyük səy göstəririk”, - Türkiyə Prezidenti əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью