Ərdoğan İsaak Hersoqa qadağasından danışdı: Məcburuq və bunu edəcəyik”

19.11.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bizim hava məkanımızdan istifadəyə icazə vermədik. Daha fərqli xətlər və imkanlar var”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İsaak Hersoqun təyyarəsinin Azərbaycana Türkiyədən keçməsinə icazə verilməməsindən danışarkən deyib.

“Bizim hava məkanımızdan istifadəyə icazə vermədik. Daha fərqli xətlər və imkanlar var. Həmin ərazilərdən getməyi tövsiyə etdik. Amma gedib-getmədiklərini deyə bilmərəm. Biz Türkiyə olaraq bəzi məsələlərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью