Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finalda Argentinanı 1-0 hesabı ilə məğlub edərək 2026-cı il Dünya Kubokunun qalibi olan İspaniya milli komandasını təbrik edib.
Məlumatı “Anadolu” verib.
Dövlət başçısı Türkiyənin NSocial şəbəkəsində yazıb: “İspaniya milli komandasını 2026-cı il FIFA Dünya Kubokunun çempionu olması münasibətilə ürəkdən təbrik edir, ölkəm və xalqım adından dost İspaniya xalqına ən səmimi salamlarımı və ən xoş arzularımı çatdırıram”.
İspaniya milli komandası 2026-cı il FİFA Dünya Kubokunun çempionu olub. Komanda finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək 2026-cı il FİFA Dünya Kubokunun çempionu olub.
Nyu-Cersi stadionunda keçirilən matç əsas vaxtdan sonra qolsuz başa çatıb. Ferran Torresin 106-cı dəqiqədə vurduğu qol qələbəni və İspaniya çempionluğunu təmin edib.
İspaniya millisi üçün bu titul 2010-cu il Dünya Kubokundakı qələbəsindən sonra tarixdə ikinci qələbə olub.
P.ƏMİRCANOV
XQ