Ərdoğan: İsrail qaydaları tanımayan, əxlaqsız və ümidsiz terrorçu dövlətdir KONKRET

17.07.2025

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili “terrorçu dövlət” adlandırıb və Suriyanın parçalanmasına qarşı çıxaraq ölkəsinin bu məsələdə mövqeyinin dəyişməz olduğunu vurğulayıb.

“Biz nə dünən, nə bu gün, nə də sabah Suriyanın parçalanmasına razı ola bilərik. İsrailin kəndirinə sarılıb quyunun dibinə enənlər gec-tez hansı böyük səhvə yol verdiklərini anlayacaqlar”, – deyə Ərdoğan sərt bəyanatında bildirib.

KONKRET.az xəbər verir ki, o, İsraili “qaydaları saymayan, prinsipsiz, ərköyün, nazlı və ümidsiz bir terrorçu dövlət” kimi xarakterizə edib.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью