Ərdoğan: İsrailin Suriyanı işğalı qəbuledilməzdir

20.12.2024

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

D-8 zirvəsi üçün Misirə səfər edən Prezident Ərdoğan qayıdarkən təyyarədə jurnalistlərin gündəmə dair suallarını cavablandırıb.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan İsrailin Suriyadakı işğalına münasibət bildirib.

O qeyd edib ki, İsrailin Suriyanın ərazilərini işğal etməsi qəbuledilməzdir:

"Çox gec olmadan bölgəmizdə sülh və sabitliyi davamlı təhdid edən İsrailin təcavüzünə son qoyulmalıdır. Əks halda, İsrailin bumeranq effekti sabah eyni şəraitdə onu dəstəkləyənləri də hədəfə alacaq".

Rəhman Mirzəlizadə, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью