Ərdoğan kafeyə gedərək insanlarla səmimi söhbət edib

01.05.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada yerləşən kafeyə gedərək, buradakı insanlarla səmimi söhbət edib.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, Türkiyə lideri burada vətəndaşlarla və kafe işçiləri ilə söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib, uşaqlara isə oyuncaqlar hədiyyə edib.

Ərdoğanı kafeyə səfəri zamanı vitse-prezident Cevdet Yılmaz və Milli Təhsil Naziri Yusuf Tekin də müşayiət edib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью