Ərdoğan: Krım tatarlarına dəstəyimiz davam edəcək

19.11.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Krım tatarlarına dəstəyi davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ankarada keçirdiyi birgə brifinqdə danışıb.

Türkiyə Prezidenti qeyd edib ki, bu gün Volodimir Zelenski ilə görüşdə bir sıra ikitərəfli məsələləri müzakirə ediblər:

"Strateji tərəfdaşımız Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tərəfdarı olduğumuzu bir daha bildirdik. Ukrayna ilə tarixi və mədəni bağımız olan Krım tatarlarına dəstəyimizin də davam edəcəyini qeyd etmək istəyirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью