Ərdoğan: Küçə terroru ilə korrupsiyanı ört basdır etmək istəyirlər

30.03.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin "küçə terroru" vasitəsilə İstanbul bələdiyyəsindəki korrupsiyanın miqyasını gizlətməyə çalışdığını bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

"Küçə terroru sadəcə talançılığı gizlətmək cəhdidir", – deyə Türkiyə lideri vurğulayıb.

Qeyd edək ki, 19 mart tarixində İstanbul meri Əkrəm İmamoğlu korrupsiya, rüşvətxorluq və rüşvət alma ittihamları ilə saxlanılıb. O, bütün ittihamları rədd edib.

Daha sonra İmamoğlu Türkiyə vətəndaşlarını kütləvi etirazlara çıxmağa çağırıb.

Ərdoğan ölkədə artan zorakılığa görə məsuliyyəti müxalifətin üzərinə qoyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью