Ərdoğan Lavrovu qəbul edib Mətbuata qapalı görüş başlayıb

24.02.2025

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu bu gün qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident iqamətgahında keçiriən qəbul mətbuata qapalıdır.

Yayılan iddialara görə, görüşdə Ukrayna müharibəsi, regional problemlər və ikitərəfli münasibətlər müzakirə olunacaq.

Xatırladaq ki, Lavrovun səfəri Ukraynanın işğalının üçüncü ildönümünə təsadüf edir və buna görə də kritik əhəmiyyətə malikdir.

Onu da qeyd edək ki, Lavrov bunvan əvvəl Türkiyə XİN başçısı Hakan Fidanla görüşüb, daha sonra ikili birgə mətbuat konfransı keçiriblər.
Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью