Ərdoğan Litvanın baş naziri ilə danışıb

25.08.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvanın baş naziri Mindauqas Sinkeviçius ilə telefon danışığı aparıb. 

Məlumatı “Anadolu” verib. 

Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin NSosyal sosial şəbəkəsində dərc edilmiş açıqlamaya görə, liderlər Türkiyə ilə Litva arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Söhbət zamanı Prezident Ərdoğan Baş nazir Sinkeviçusa yeni vəzifəsində uğurlar arzulayıb və iki ölkə arasında münasibətlərin hər gün daha da güclənəcəyinə əminliyini bildirib.

Dövlət başçısı qeyd edib ki, yeni dövrdə Türkiyə ilə Litva arasında bütün sahələrdə, ilk növbədə müdafiə sənayesində əlaqələri genişləndirmək faydalı olardı.

Prezident Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibənin davamlı sülhlə bitməsi üçün səylər göstərdiyini vurğulayıb. Ərdoğan Litvaya Avropa İttifaqına qarşıdakı sədrliyi dövründə uğurlar arzulayıb.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью