Icma.az, Missiya.az saytına istinadən bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe arasında telefon danışığı olub.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, söhbət zamanı Türkiyə ilə Liviya arasında ikitərəfli əlaqələr, eləcə də regional məsələlər müzakirə edilib.
Ərdoğan telefon danışığı zamanı Türkiyənin Liviyada baş verənləri yaxından izlədiyini, təhlükəsizliyin və sabitliyin təmin olunması üçün üzərinə düşəni etməyə davam edəcəyini bildirib.
Daşqın Həsənov
Missiya.Az