Ərdoğan Macarıstana gedib

06.11.2024

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyi Zirvə toplantısında iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeştə gedib.
Missiya.Az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının (TDT) 11-ci Zirvə Toplantısına qatılan Ərdoğan oradakı təmaslarını başa vurduqdan sonra ölkəni tərk edib.
Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, Xarici İşlər Naziri Hakan Fidan da Macarıstana gedib.
Leyla SƏMƏNDƏR
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью