Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
CHP-nin 103 illk yubileyinin qeyd edildiyi gün Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın Rəcəb Tayyib Ərdoğanla Prezident Sarayında görüşü diqqət çəkib.
“Cebheinfo.az” xəbər verir ki, ilkin məlumata görə, görüşdə Ankaranın metro investisiyaları ilə bağlı davam edən və planlaşdırılan layihələr müzakirə edilb.
Ancaq görüş barədə xəbər yayılan kimi Yavaşın siyasi gələcəyi ilə bağlı müzakirələr başlayıb.
Belə ki, Mansur Yavaşın AK Partiyaya və ya Yeni Partiyaya qoşulmayacağı, CHP-dən ayrılacağı və müstəqil qalacağı, istefasının isə sentyabr ayında baş tutması ehtimalı irəli sürülüb.
Beləliklə, CHP ilə bağlı “tam etibarsızlıq” qərarından sonra partiyadan ayrılan millət vəkillərinin Yeni Partiyanı qurma prosesinin gedişində Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mənsur Yavaşın siyasi gələcəyi daha çox maraq doğurur.
Yeni Partiya lideri Özgür Özellə siyasi ünsiyyəti davam etdirən Yavaşla bağlı gecə saatlarında daha bir xəbər yayılıb.
Belə ki, bir tərəfdə CHP-nin rəsmi qəbulu davam etdiyi zaman Mənsur Yavaş mərasimə yox, Prezident Sarayına gedərək Prezident Rəcəb Tayyib Ərdoğanla görüşməsi siyasi gündəmə bomba kimi düşüb. Bu görüşdən sonra Yavaşın siyasi gələcəyi ilə bağlı şayiələr daha da artıb.
Jurnalist Sinan Burhan "tv100" də verdiyi şərhdə Mansur Yavaşın gələcək siyasi qərarları ilə bağlı əldə etdiyi məlumatları paylaşıb.
Yavaş hakim partiyaya qoşulur?
Jurnalistin AK Partiya mənbələrindən əldə etdiyi məlumata görə, Yavaş belə addım atmayacaq:
"AK Partiya mənbələri ilə danışdım. Aydın bir cavab verim. Hələlik Mansur Yavaş AK Partiyaya qoşulmur. Belə bir tələb yoxdur. Heç bir gözlənti də yoxdur. Mansur Yavaş Yeni Partiyaya da qoşulmur. Mansur Yavaş CHP-də də qalmayacaq".
CHP-dən istefa?
Məlumatların ən diqqət çəkən hissəsi Yavaşın CHP üzvlüyü ilə bağlıdır. Yavaşın CHP-dən istefa verəcəyi iddia edilir:
"Çox güman ki, o, CHP-dən istefa verəcək. Bu, sentyabr ayında və ya daha sonra baş verə bilər. Mənbələrimdən aldığım məlumatları sizinlə bölüşüm. Aldığım məlumat budur. Mənsur Yavaş müstəqil qalacaq".
Məlumata görə, Yavaş CHP-dən ayrılsa, başqa bir siyasi partiyaya qoşulmaq əvəzinə müstəqil olaraq yoluna davam edəcək.
Həmçinin, Yavaşın yaxın günlərdə Yeni Partiyaya və Əkrəm İmamoğluna çağırış edə biləcəyi iddia edilir.
Bildirilib ki, Yavaş bələdiyyələrdəki korrupsiya və qanun pozuntuları iddialarını yalnız siyasi nəticələri baxımından qiymətləndirmir, o, həm də korrupsiyanın baş vermə ehtimalının ciddiyə alınmalı olduğuna inanır.
Bu arada CHP-dən istefası ilə bağlı iddiaları rədd edən Yavaş Beştəpədə Prezident Ərdoğanla siyasətin müzakirə olunmadığını və bəzi layihələrin maliyyələşdirilməsi, satmaq istədikləri iki torpaq sahəsinə qoyulan məhdudiyyətin aradan qaldırılması üçün dəstək istədiyini bildirib.
Yavaş görüşlə bağlı “X” hesabında açıqlama verib:
"Görüş zamanı Prezidentə layihələrimiz, əsasən metro investisiyaları barədə məlumat verdik. Dəstəklərinə və töhfələrinə, eləcə də NATO Zirvə Toplantısını Ankarada keçirmək istəklərinə görə minnətdarlığımızı bildirdik".
Xəzər
"Cebheinfo.az"
Açar sözlər: Mansur Yavaş Rəcəb Tayyib Ərdoğan
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin