Ərdoğan Məhəmməd bin Salmanla hansı məsələləri müzakirə etdi?

04.01.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.
Bizim.Media  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Söhbət zamanı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan gələcəkdə atılacaq addımlarla Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduqlarını ifadə edib.
 

Türkiyə Prezidenti həmçinin rəsmi Ankaranın Somali və Yəməndəki hadisələri yaxından izlədiyini, hər iki ölkənin ərazi bütövlüyünün qorunmasının regional sabitlik üçün əhəmiyyətli olduğunu bildirərək, ölkəsinin Yəməndə tərəflərin bir araya gətirilməsi səylərinə töhfə verməyə hazır olduğunu ifadə bildirib.


Ərdoğan eləcə də Qəzzada humanitar vəziyyətin qış mövsümündə ağırlaşdığını, Türkiyənin daimi atəşkəsin təmin olunması və bölgənin yenidən bərpası üçün çalışmağa davam etdiyini vurğulayıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью