Ərdoğan “mehter marşı”nı ifa etti VİDEO

12.02.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə Asiya-Sakit okean turnesi çərçivəsində səfər etdiyi İndoneziyada şam yeməyi verilib.

Liderlərin və nümayəndə heyətlərinin iştirak etdiyi şam yeməyində iki ölkənin mədəni simvolik musiqisi səsləndirilib.

Türkiyənin simvolik marşlarından olan “Mehter marşı” çalınarkən Ərdoğan da ifaya qoşulub.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan fevralın 10-da başlayan Asiya-Sakit okean turnesi çərçivəsində Malayziyadan sonra İndoneziyaya gedib. Burada rəsmi mərasimlə qarşılanan Ərdoğan İndoneziya Prezidenti Prabovo Subianto ilə danışıqlar aparıb. İki lider iki ölkə arasında ümumilikdə 13 müqavilə imzalayıb.

"AzPolitika.info"


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью