Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb

25.09.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Bu razılaşmanı İrana, İsrailə və ya hər hansı üçüncü ölkəyə qarşı yaradılmış ittifaq kimi qiymətləndirmək doğru deyil”.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Newsweek” jurnalına müsahibəsində deyib.

Ərdoğan Məkkə Sazişinin hər hansı ölkəyə qarşı yaradılmış ittifaq olmadığını bildirib.

“Bu saziş daha təhlükəsiz, dinc və firavan gələcəyin qurulması üçün üzərimizə götürdüyümüz ortaq məsuliyyətin ifadəsidir”, - Türkiyə Prezidenti qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью