Ərdoğan: Millətimizə bu acını yaşadanlar mütləq hesab verəcək

24.01.2025

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Malatya 8-ci Adi İl Konqresində çıxış edib.

Turkustan.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan, "Kartalkaya otelində baş verən yanğında səhvlər, vəzifə laqeydliyi, qanun pozuntuları və tamah səbəbindən millətimizə böyük ağrılar yaşadanlar mütləq məhkəmə qarşısında cavab verəcəklər" deyib.

Ərdoğan həmçinin bildirib ki, iqtisadiyyatdakı mövcud problemlərin kökündə gördüyümüz inflyasiyanı azaldacaq reseptləri qətiyyətlə həyata keçiririk.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью