Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb, sonra yerə enib

13.10.2025

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident Rəcəb Tayyib Ərdoğan “ Sülh naminə Şarm əl-Şeyx sammiti ”ndə iştirak etmək üçün “TUR” təyyarəsi ilə Misirin Şarm əl-Şeyx şəhərinə yollanıb.
Turkustan.az xəbər verir ki, Ərdoğanı daşıyan təyyarə Şarm əl-Şeyx Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxıb. Qırmızı dənizin üzərində bir müddət havada qaldıqdan sonra təyyarə hava limanına enib.
Ərdoğanı burada Misirin mədəniyyət naziri Əhməd Fuad Hanno, Misirin gənclər və idman naziri Əşrəf Sobhi, Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şen və səfirliyin əməkdaşları qarşılayıblar .

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью