Ərdoğan Mixail Kavelaşvilini Prezident seçilməsi münasibətilə təbrik edib

25.12.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mixail Kavelaşvilini Gürcüstan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, təbrik məktubunda iki ölkə arasında münasibətlərin və sıx əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminlik vurğulanıb.


“Gürcüstanla yaxın qonşuluq və strateji tərəfdaşlıq bizi birləşdirir. Bu şərəfli vəzifəni yerinə yetirməkdə sizə uğurlar arzulayıram. Mən tam əminəm ki, Sizin səlahiyyətiniz müddətində xarici maraqlarımıza uyğun gələn və regionda rifahın təmin olunmasına xidmət edən ölkələrimiz arasındakı dostluq və sıx əməkdaşlığı daha da inkişaf etdirəcəyik”, - deyə Ərdoğanın məktubunda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью