Icma.az, Bakivaxti saytına istinadən bildirir.
"İslam dinimizə verdiyi mühüm töhfələrin şahidi olduğum və ondan dərs almaq şərəfinə nail olduğum hörmətli Qurra Hafiz Əli Kamal Hutun vəfatını dərin kədərlə qarşıladım".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Teleqram kanalında yazıb.
"Mərhum Əli Kamal Xocaəfəndiyə Uca Tanrıdan rəhmət diləyir, ailəsinə, qohumlarına, tələbələrinə və dostlarına başsağlığı verirəm. Allah onu Cənnətinə daxil etsin və ilahi üzünün görüntüsünü nəsib etsin", - deyə Ərdoğan qeyd edib.