Ərdoğan NATO baş katibi ilə danışıb

10.12.2024

Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Ryutte ilə Suriyadakı vəziyyəti müzakirə edib.

Türkiyə liderinin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı Ərdoğan münaqişənin əvvəllərindən etibarən Ankaranın Suriyanın ərazi bütövlüyünün və sabitliyinin qorunmasının tərəfdarı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Suriya xalqı öz ölkələrinin gələcəyini özü müəyyən etməlidir.

Ərdoğan, həmçinin, Türkiyənin "birləşmiş və terrorçulardan azad bir Suriya" qurmaq üçün bütün səylərini davam etdirəcəyini qeyd edib.

N.Təbrizli


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью