Ərdoğan NATO baş katibi ilə Suriyadakı vəziyyəti müzakirə edib

10.12.2024

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Türkiyə prezidenti Ərdoğan ilə Mark Rutte arasında telefon danışığı olub.

Türkiyə lideri Ankaranın ölkədə vətəndaş müharibəsinin başladığı ilk gündən Suriyanın ərazi bütövlüyü və sabitliyinin qorunmasının tərəfdarı olduğunu qeyd edərək, Türkiyənin “terrordan təmiz Suriya qurmaq” üçün əlindən gələni edəcəyini bildirib.

Onun sözlərinə görə, Suriya xalqı ölkəsinin gələcəyini özü müəyyən etməlidir.

Ülviyyə, Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью