Ərdoğan NATO Baş katibini qəbul edib

13.05.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutteni qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident Kompleksində keçirilən görüş mətbuata qapalı keçirilib.

Görüşdə xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Qeyd edək ki, 14-15 may tarixlərində Antalyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью