Ərdoğan NATOnun baş katibi ilə danışdı

10.12.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Türkiyə liderinin administrasiyasının bəyanatında öz əksini tapıb.
Məlumata görə, Ərdoğan Rutte ilə Suriyadakı vəziyyəti müzakirə edib və Ankaranın ölkənin terrordan azad edilməsinə yardım etməyə hazır olduğunu bəyan edib.
Ərdoğan Türkiyənin vətəndaş müharibəsinin başladığı ilk gündən Suriyanın ərazi bütövlüyünün və sabitliyinin qorunmasının tərəfdarı olduğunu bildirib.
Ərdoğanın həmçinin bildirib ki, Suriya Suriya xalqı tərəfindən idarə olunmalıdır.
O, Türkiyənin terrordan azad edilmiş vahid Suriya qurmaq üçün əlindən gələni edəcəyini və Türkiyənin bu istiqamətdə hər cür səy göstərməyə davam edəcəyini bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью