Ərdoğan NATOnun Baş katibi ilə Suriyadakı vəziyyəti müzakirə edib

10.12.2024

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Suriyadakı son hadisələr müzakirə edildiyi bildirilib.

Ərdoğan Türkiyənin vətəndaş müharibəsinin başladığı ilk gündən sabitliyi və Suriyanın ərazi bütövlüyünü müdafiə etdiyini bildirib.

Türkiyə lideri NATO Baş katibinin diqqətinə çatdırıb ki, Suriya Suriya xalqı tərəfindən idarə edilməlidir.

Ərdoğan eyni zamanda, Türkiyənin terrordan təmizlənmiş bütöv bir Suriya qurmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью