Ərdoğan Nazirlər Kabinetini topladı İclas keçirir

09.03.2026

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi Beştəpədə hökumətin yeni iclası keçirilir. 

"Unikal" xəbər verir ki, iclasın əsas gündəmi ABŞ və İsrailin İranla müharibəsi olacaq. 

Bölgədəki hərbi fəaliyyət, müharibənin potensial təsirləri və Türkiyənin diplomatik təşəbbüsləri müzakirə olunacaq.

Regional təhlükəsizlik başlığı altında digər vacib gündəm maddəsi Əfqanıstan və Pakistan arasındakı gərginlikdir. Nazirlər Kabinetinin iclasında sərhəd münaqişələrinin regional sabitliyə və Türkiyənin diplomatik əlaqələrinə təsiri nəzərdən keçiriləcək. Bundan əlavə, Rusiya ilə Ukrayna arasında sülh səyləri, Qəzzada baş verən humanitar faciə və Suriyadakı son hadisələr hərtərəfli qiymətləndiriləcək.

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью