Ərdoğan Nazirlər Kabinetini toplayır

12.05.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Nazirlər Kabinetində bir çox məsələlər müzakirə olunacaq. Əsas mövzulardan ən diqqət çəkəni "Terrorsuz Türkiyə" proqramı çərçivəsində əldə olunan nəticələr olacaq. 

İclasda PKK terror təşkilatının özünü ləğv etməsi ilə bağlı bəyanatı müzakirə olunacaq.

Daha sonra Rusiya və Ukrayna arasında sülh danışıqları ilə bağlı atılacaq addımlar da qiymətləndiriləcək. 

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью