Ərdoğan: Netanyahu bölgədə ən böyük təhlükədir

17.06.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Baş naziri Benyamin Netanyahunu bölgədəki ən böyük təhlükə adlandırıb.

Milli.Az xəbər verir ki, bu barədə Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığında bildirib.

O qeyd edib ki, İsrailin İrana qarşı hücumu, Netanyahunun bölgəni müharibəyə sürüklədiyini bir daha göstərir: "Netanyahu bölgə üçün ən böyük təhlükədir və İsrailin bu təxribatlarının qarşısı alınmalıdır. Əks halda, vəziyyət nəzarətdən çıxacaq".

Ərdoğan daha əvvəl də Netanyahu hökumətini Fələstində həyata keçirdiyi əməliyyatlara görə sərt tənqid etmiş, onu "regionda sabitliyə ən böyük maneə" adlandırmışdı.

İsmayıl
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью