Ərdoğan niyə Əsəd çıxış edərkən zaldan çıxıb? Özü açıqladı

13.11.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının iclasında Suriya Prezidenti Bəşər Əsədin çıxışını dinləmək imkanım olmadı. Çünki Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüş üçün zalı tərk etdim”.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, iclasda B.Əsədin çıxışı zamanı Ərdoğanın zalı tərk etməsi müzakirələrə səbəb olmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью