Ərdoğan: Ölkəmizi qlobal istehsal bazasına çevirəcəyik VİDEO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

27.11.2024

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident Rəcəb Tayyib Ərdoğan 10-cu Dünya Halal Sammitinə video müraciət göndərib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan sammitin yeni tərəfdaşlıqlara yol açacağını deyib.

Prezident, müzakirələrin yeni üfüqlər açacağına inandığını da qeyd edib:

"Ölkəmizi qlobal istehsal bazasına çevirəcəyik, çalışan hər kəsə dəstək olmağı özümüzə borc bilirik".

Qida təhlükəsizliyi ilə bağlı tənzimləmələr etdiklərini və istehlakçıların sağlamlığını qorumaq üçün kritik addımlar atdıqlarını vurğulayan prezident:

"Türk Qida Kodeksini diqqətlə tətbiq edirik"-, deyə bildirib.

Həmin video müraciəti təqdim edirik:

Oksana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью