“Ərdoğan olmasaydı, NATO sammitinə getməzdim” Tramp

25.06.2026

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti olaraq iştirak edəcəyini bildirib.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, Amerika lideri bu barədə NATO baş katibi Mark Rutte ilə Oval Ofisdə keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“O, mənə zəng edib dedi ki, Türkiyədə NATO sammitinə ev sahibliyi edirəm və sammitdə ABŞ-nin iştirakı lazımdır. Buna görə də mən Prezident Ərdoğana hörmətimə görə gedirəm”, -  deyə Tramp Ərdoğanla söhbətinə toxunaraq bildirib.
ABŞ Prezidenti həmçinin, Türkiyənin İranla müharibədə iştirak etməməsindən məmnun olduğunu bildirib.
“Ərdoğan gözəl bir liderdir, çox güclü bir şəxsiyyətdir və əla ordusu var. O, Türkiyəni sevir və əla iş görür. O, hörmətli bir insandır, hörmətli bir liderdir və mənim dostumdur", - deyə Tramp bildirib.
Jurnalistin Türkiyəyə F-35 qırıcı təyyarələrinin və F-110 təyyarə mühərriklərinin tədarükü ilə bağlı sualına cavab olaraq isə Tramp bu ehtimalı istisna etməyib.
"Düşünürəm ki, Türkiyə güclü NATO üzvüdür. Yəqin ki, onu (Prezident Ərdoğanı – red.) çox xoşbəxt edəcək bir şey edəcəyəm”, - deyə ABŞ Prezidenti bildirib.
Bundan əlavə, Tramp Türkiyənin müdafiə sənayesindəki xüsusilə vacib rolunu qeyd edib.
“Türkiyənin böyük müdafiə sənayesi bazası var. ABŞ də daxil olmaqla, NATO alyansı boyunca 3000 şirkəti fəaliyyət göstərir. O qədər güclüdür ki, insanlar Türkiyənin hərbi cəhətdən nə qədər böyük olduğunu anlamırlar. Ərdoğanın sayəsində Türkiyənin çox güclü ordusu var”, - deyə Amerika lideri qeyd edib.
Qeyd edək ki, NATO-nun Ankara sammiti 7-8 iyul tarixlərində keçiriləcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью