Ərdoğan onları barışdırdı

12.12.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Somali ilə Efiopiya arasında yaranan böhran Türkiyədə həll edilib.

Modern.az TRT-yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliy ilə Somali Prezidenti Həsən Şeyh Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd arasında üçtərəfli görüş keçirilib.

"Somali ilə Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıcın ilk addımını atdıq", - Ərdoğan bildirib.

Somali və Efiopiya liderləri  iki ölkə arasındakı münaqişənin həlli istiqamətində göstərdikləri səylərə görə Türkiyə və Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.

Qeyd edək ki, iki ölkə arasında uzun müddətdir gərginlik davam edirdi.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью