Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
“Vətəndaşlarımızın əmin-amanlığına qəsd edən istər terror təşkilatları, istər narkotik alverçiləri, istərsə də küçə dəstələri olsun, heç bir quruma güzəştimiz yoxdur. Onların kökünü hüquq çərçivəsində kəsmək bizim borcumuzdur”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında keçirilən tədbirdə deyib.
O, terror probleminin Türkiyəyə 40 il ərzində 2,3 trilyon dollarlıq iqtisadi resursa başa gəldiyini qeyd edib:
“Biz bu problemi gündəmdən çıxaracağıq. Mən buna bütün qəlbimlə inanıram”.
Bizim.Media