Milli.az saytına istinadən Icma.az xəbər verir. Prezident Ərdoğan: "Suriyanın ərazi bütövlüyünün qorunması və 13 illik qeyri-sabitliyin razı
Prezident Ərdoğan bildirib ki, "Suriyada baş verən hadisələri yaxından izləyirik.
Suriya münaqişəsində ölkəmizin mövqeyi, həssaslığı və əsas prioritetləri məlumdur.
Suriyanın ərazi bütövlüyünün qorunması və 13 illik qeyri-sabitliyin razılaşma yolu ilə sona çatdırılması bizim üçün prioritetdir." "İsrail verdiyi sözləri tutmalıdır" Ərdoğan Qəzzadakı vəziyyətlə bağlı bildirib:"İsrail Prezidenti İshaq Herzoqun Qəzzada yaxın zamanda atəşkəsə nail olunmasına dair açıqlamasını səmimi hesab etmirəm.
Qəzzada İsrailin verdiyi sözləri tutduğunu görməmişik. 50 mindən çox insanın öldürüldüyü bir vəziyyətdə nəyə inanmalıyıq?
Əgər atəşkəs sözü verirlərsə, bunu əməldə görməliyik ki, biz də buna inanaq."Lalə Qüdrrətova Milli.Az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.