Ərdoğan Özələ zəng etdi

04.05.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Özgür Özələ zəng edib.

Globalinfo.az xəbər verir ki, o, bu gün İstanbulda hücuma məruz qalan partiya sədrinin tezliklə sağalmasını arzulayıb.

Ərdoğan hadisənin təfərrüatlarını ortaya çıxarmaq üçün prosesi yaxından izlədiyini bildirib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndərin dəfn mərasimindən sonra naməlum şəxslərdən biri CHP sədrini vurub.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью