Ərdoğan parlamentdə daxili işlər nazirinə hücuma münasibət bildirib

22.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 20-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasında daxili işlər naziri Ali Yerlikayaya hücuma münasibət bildirib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, o, İstanbul Enerji Forumunda çıxışı zamanı Komissiyaya hücum çəkərək müxalifətçilik etdiklərini düşünənlərin yanıldıqlarını söyləyib.

"Biz şəhər quldurluğuna boyun əyməmişik. Bundan sonra da əyməyəcəyik”, - Ərdoğan deyib.

Qeyd edək ki, noyabrın 20-da TBMM-də Ali Yerlikayaya hücum olub. Deputatlar nazirin son qəyyum təyinatlarına etiraz ediblər.

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik hadisəni qəbuledilməz adlandırmış, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından (CHP) üzr tələb etmişdi.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью