Ərdoğan Pezeşkiana İranda baş verənləri yaxından izlədiyini bildirib

22.01.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Türkiyə və İran liderləri ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Ərdoğan Pezeşkiana İranda baş verənləri yaxından izlədiyini bildirib. O, "Türkiyənin İrana qarşı xarici müdaxilə ssenarilərinə heç vaxt müsbət yanaşmadığını" qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью