Ərdoğan Pezeşkiyanla danışdı: Nələr müzakirə edilib? KONKRET

14.06.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkiyanla telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, Ərdoğan söhbət zamanı İsrailin İrana qarşı həyata keçirdiyi qanunsuz hücumları qətiyyətlə pislədiyini bildirib və həlak olanların ailələrinə, İran xalqına başsağlığı verib.

Türkiyə lideri İsrailin bu hücumlarla bütün regionu alova çəkməyə çalışdığını, həmçinin İranın nüvə proqramı ilə bağlı aparılan danışıqları sabotaj etməyə çalışdığını qeyd edib.

Ərdoğan həmçinin vurğulayıb ki, İsrailin İran hücumları Qəzzadakı soyqırımı dünya gündəmindən yayındırmaq məqsədi daşıyır. O, Nətənz obyektində mümkün sızıntı ilə bağlı gedişatı Türkiyənin diqqətlə izlədiyini bildirib və nüvə məsələsində yeganə çıxış yolunun diplomatiya olduğunu qeyd edib.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью