Ərdoğan PKK nın tərksilah prosesinə münasibət bildirib

11.07.2025

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının tərksilah olmağa başlamasını şərh edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə onun “X” sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda deyilir:

“Ümid edirəm ki, terrordan azad Türkiyə hədəfimizə doğru bugünkü mühüm addım xeyirli olacaq. Allah bizlərə ölkəmizin təhlükəsizliyi, millətimizin əmin-amanlığı və bölgəmizdə davamlı sülhün bərqərar olması üçün getdiyimiz bu yolda hədəflərimizə çatmağı nəsib etsin”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью