Ərdoğan: “PKKya Suriyada ağalıq etməyə imkan

13.12.2024

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin öz Milli Təhlükəsizliyin təmin edilməsi çərçivəsində Türkiyənin Suriyada fəaliyyət göstərən PKK/PYD/YPG və İŞİD terror təşkilatlarına qarşı tədbirlər görəcəyini vurğulayıb.
“Türkiyə İŞİD-ə qarşı vuruşan yeganə NATO ölkəsi olaraq PKK-nın Suriyadakı vəziyyəti fürsətə çevirməsinə və İŞİD-ə qarşı mübarizənin zəifləməsinə heç vaxt imkan verməyəcək”, - Türkiyə prezidenti diqqətə çatdırıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş Ankaranın Esenboğa hava limanında mətbuata qapalı şəkildə keçirilib.
Görüşdə həmçinin Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun, Prezident Aparatının rəhbəri və səfir Həsən Doğan, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью