Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bunu R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilən sammitindən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, V.Putinlə Türkiyənin bir neçə il əvvəl Rusiyadan aldığı S-400-lərin üçüncü ölkəyə verilməsi, eyni zamanda Ankaranın ABŞ-nin F-35 proqramına yenidən daxil edilməsi də daxil olmaqla geniş müzakirələr aparıb.
“Hər bir məsələni cənab Putinlə müzakirə etdik. Bildiyiniz kimi, Türkiyə F-35 proqramının tərəfdaşlarından biri olub, bu proqrama əhəmiyyətli töhfələr verib. Türkiyənin proqrama yenidən daxil edilməsi ilə bağlı müzakirələrimiz davam edir”, - Ərdoğan vurğulayıb.
Rusiya-Ukrayna müharibəsinə gəldikdə dövlət başçısı deyib ki, bu məsələni də geniş müzakirə ediblər:
“Türkiyə bölgəmizdəki münaqişələrin sülh yolu ilə həllində rol oynayır. Xüsusilə, bizim və Putinin gözləntiləri Rusiya ilə Ukrayna arasındakı müharibənin mümkün qədər tez və sülh yolu ilə başa çatmasıdır. Biz istəyirik ki, Rusiya ilə Ukrayna arasında sülh mümkün qədər əldə olunsun və bölgədə sabitlik bərqərar edilsin”.
Türkiyə Prezidenti vurğulayıb ki, V.Putin müharibənin gedişindən heç də məmnun deyil: “Məmnun deyil. O da mümkün qədər tez müsbət nəticəyə ümid edir. Biz cənab Putinə sülh üçün əlimizdən gələni etməyə hazır olduğumuzu bildirdik və bunun üçün hər cür səy göstərməyə hazırıq”.
Mürtəza