Ərdoğan: Putin müharibənin bitməsini istəyir

02.09.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Zirvə Toplantısından qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşü barədə danışaraq, görüşün səmimi və məhsuldar keçdiyini bildirib.

“Bu görüşdə Rusiya ilə Ukrayna arasındakı son prosesləri müzakirə etmək imkanı əldə etdik və görüş çox məhsuldar keçdi. Çox səmimi bir atmosferdə keçdi. Putin müharibənin bitməsini istəyir”, – deyə, Ərdoğan bildirib.

Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsinin mümkün qədər tez başa çatmasının və tərəflər arasında sülhün təmin edilməsinin vacibliyini vurğulayıb.

Ərdoğan YPG-nin fəaliyyətinin dayandırılması ilə bağlı prosesdən məmnunluğunu da ifadə edib. O, Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaranın çətin prosesləri uğurla idarə etdiyini və bu istiqamətdə fəaliyyətini davam etdirdiyini bildirib.

“Artıq terrorla bağlı fəsil bağlanmalıdır. Silah və zorakılıq dövrünə son qoyulmalıdır”, – deyə Ərdoğan qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью