Ərdoğan “Qalatasaray”ı belə təbrik etdi Video

26.02.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ı UEFA Çempionlar Liqasında “Yuventus” üzərində qələbə (7:5) qazanaraq 1/8 finala yüksəlməsi münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, İtaliyanın Turin şəhərində yerləşən “Allianz” stadionunda keçirilən oyundan sonra Ərdoğan sarı-qırmızılı komanda ilə telefon əlaqəsi saxlayıb.

Prezident Ərdoğan oyundan sonra baş məşqçi Okan Burukla telefon danışıb:

“Qalatasaray” növbəti mərhələyə yüksəldi. Bu, ölkəmiz üçün çox, çox böyük bir uğurdur. Gözlərinizdən öpürəm”.

Okan Buruk isə cavabında bildirib: “Biz də çox xoşbəxtik. Bu, sizin üçün ad günü hədiyyəsidir, cənab Prezident”.

Ərdoğan futbolçu Barış Alper Yılmazla da danışıb: “53-lə lazım olanı etdin. Əla iş gördün. Gözlərindən öpürəm”.

Qeyd edək ki, 53 Ərdoğan və Yılmazın doğulduğu Rizenin dövlət qeydiyyat nişanının nömrəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью