Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 11-də İstanbulun baş prokuroru Akın Gürleki yeni ədliyyə naziri təyin edib.
Gürlek ölkənin son bələdiyyə seçkilərində birinci olmuş partiyasına qarşı genişmiqyaslı tədbirlərə rəhbərlik etdiyindən bu qərar tənqidçilərin kəskin reaksiyasına səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, Gürlek 2024-cü ildə baş prokuror təyin olunmuşdu. Cümhuriyyət Xalq Partiyasına (CHP) qarşı bir sıra həbslər və ittihamlar onun vəzifədə olduğu müddətdə baş verib. İstanbulun hazırda həbsdə olan bələdiyyə başqanı Əkrəm İmamoğlu ilə bağlı istintaq aparılıb. CHP-nin yüzlərlə partiya üzvü, vəzifəli şəxsi saxlanılıb.
CHP-nin sədr müavini Gül Çiftçi "X" sosial şəbəkəsində yazıb ki, Gürlekin təyinatı onun partiyamıza qarşı apardığı əməliyyatlara görə açıq mükafatdır.
Gürlek ədliyyə naziri postunda Yılmaz Tunçu əvəzləyəcək. Bu, 2023-cü ilin ortalarında keçirilən son seçkilərdən bəri kabinetdəki ilk dəyişikliyidir.
Ərdoğan, həmçinin Ərzurum vilayətinin qubernatoru Mustafa Çiftçini daxili işlər naziri təyin edib. O, bu vəzifədə Ali Yerlikayanı əvəz edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin