Ərdoğan: Qəzza gündəliyimizin başındadır

24.11.2025

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qəzza gündəliyimizin başındadır".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri prezident Ərdoğan G20 Liderlər Zirvəsində iştirak etmək üçün səfər etdiyi Cənubi Afrikadan  dönərkən təyyarədə jurnalistlərin suallarına cavabda deyib.

Prezident Qəzzada baş verən son atəşkəs pozuntuları və humanitar yardım problemlərini diqqətlə izlədiklərini bildirib: "Qəzzada yaşayan qardaş və bacılarımızın yaşadığı zülm və çətinliklər gündəliyimizin başında gəlir. Qəzzada iki illik vəhşilikdən sonra səylərimizlə əldə edilən atəşkəsin qorunması və bölgənin yenidənqurma işlərinə başlanması çox vacibdir. İnanıram ki, bu istiqamətdəki səylərimiz irəlləyən günlərdə daha da effektli olacaq"

Firudin Səfərli
MİA.AZ

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью