Ərdoğan Qəzza razılaşmasını Türkiyə üçün fürsətə çevirir Reuters

21.10.2025

Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin HƏMAS-la əlaqələri əvvəllər Vaşinqtonda mənfi hal kimi qiymətləndirilsə də, indi geosiyasi üstünlüyə çevrilib. Ankara, HƏMAS-ı Donald Trampın Qəzza üzrə razılaşmasını qəbul etməyə razı salmaqla, Yaxın Şərqdəki siyasi oyunda mövqeyini yenidən gücləndirib — bu isə İsrail və bəzi ərəb rəqiblərinin narahatlığına səbəb olub.

Sitat.info xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.

Qeyd olunur ki, Əvvəlcə ABŞ prezidentinin ultimatumuna — “İsrailli girovları azad edin, yoxsa dağıntılar davam edəcək” — müqavimət göstərən HƏMAS liderləri, yalnız siyasi himayədar kimi gördükləri Türkiyənin çağırışından sonra Amerika planına razılıq veriblər.

Aytac,

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью