Ərdoğan: Qəzzadakı faciənin sona çatması üçün Trampın dəstəyinə ümid edirəm

14.05.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa “Suriyaya qarşı sanksiyaları qaldıracağını” elan etdiyinə görə təşəkkür edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, partiyasının qrup toplantısı zamanı bildirib.

Ərdoğan, həmçinin, tezliklə Qəzza ilə bağlı da ürəkaçan xoş xəbər alacağına ümid etdiyini vurğulayıb: “Qəzzada artıq vəhşilik həddinə çatmış humanitar faciəyə son qoymaq səylərimizdə dostum Trampın dəstəyinə ümid edirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью