Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Əhməd əl-Şarranı tək qoymamaq qərarında qəti olduğunu açıqlayıb.
“Biz Suriyanın parçalanmasını istəmirik, Suriyanın bərpasını ölkəmiz üçün müsbət amil kimi görürük.
Çünki Suriyanın bərpası onun bizimlə münasibətlərinə də müsbət təsir göstərəcək”, - Türkiyə lideri deyib.
Onun sözlərinə görə, Türkiyə suriyalı qaçqınların vətənlərinə qayıtmasını asanlaşdırmaq siyasətini davam etdirəcək.
- Bizə pənah gətirmiş suriyalıların öz ölkələrinə könüllü dönüşünün başladığını görürük.
Qaçqınların könüllü qayıtması prosesini sürətləndirmək üçün hər cür dəstəyi verəcəyik”, - Ərdoğan vurğulayıb.
Çünki, suriyalı qaçqınların öz vətənlərinə qayıtması qonşu ölkədə sabitliyə töhfə verəcək.